Aztelekom İB-in Sumqayıt Telekommunikasiya Qovşağı (TKQ) tender elan edib. Trend in xəbər verdiyi kimi, tenderin predmeti Sumqayıtda NGN (Next Generation Network) şəbəkəsinin yaradılmasından ibarətdir. Tenderdə iştirak etmək istəyən şəxslər 3 min AZN vəsait ödəməlidir.
Tenderdə iştirak etmək üçün sənədlər dekabrın 7-dən gec olmayaraq, tender təklifləri isə dekabrın 14-dək TKQ-da qəbul olunacaq. Tender proseduru dekabrın 15-də keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl Rabitə Nazirliyi NGN şəbəkəsinin yaradılması üzrə pilot layihənin tərtibi ilə bağlı analoji tender keçirib.
Bu istiqamətdə işlər Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı və bölgələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində həyata keçirilir.