...

Beynəlxalq Elektron Rabitə İttifaqının yeni baş katibi seçilib

Telekommunikasiya Materials 10 Noyabr 2006 16:24 (UTC +04:00)

Bu gün Beynəlxalq Elektron Rabitə İttifaqının (International Telecommunication Union ITU) Antalyada keçirilən 17-ci səlahiyyətli konfransının plenar sessiyasında ittifaqın yeni baş katibi seçilib. Trend təşkilatın məlumatına istinadən xəbər verir ki, yeni rəhbər Amadun Ture (Hamadoun Touré) təyin olunub. Əvvəllər bu vəzifəni Yoşio Utsumi (Yoshio Utsumi) tuturdu.

Seçkilərin əvvəlki iki mərhələsi noyabrın 9-da keçirilib. Birinci mərhələdən sonra İordaniya və Tunisdən olan iki namizəd, ikinci mərhələdən sonra isə Braziliya və İsveçrədən daha 2 namizəd öz namizədliklərini geri götürüblər. nəticədə səs vermə hüququna malik 183 ölkədən 157 ölkə Malidən olan A.Ture və Almaniyadan olan Mattiasu Kurta (Matthias Kurth) səs veriblər.

Yeni baş katib Leninqradın Elektronika və telekommunikasiya universitetində elektrik mühəndisi ixtisası üzrə magistr dərəcəsi və Moskvanın Elektronika, Telekommunikasiya və İnformatika Universitetində fəlsəfə doktoru dərəcəsini alıb.

Son 26 ildə o, texniki, əməliyyat, marketinq və menecment sahələrində strateji vəzifələr tutub. 1979-85-ci illərdə Malinin Poçt və Telekommunikasiya ofisində çalışıb, 1985-96-cı illərdə INTELSAT -da (The International Telecommunications Satellite Organization) qrup rəhbəri və regional direktor vəzifəsini tutub. 1996-98-ci illərdə ICO Global Communications şirkətinin Afrika bürosunun baş direktoru olub.

1999-cu ildən indiyədək o, BERİ -nin Telekommunikasiyanın inkişafı bürosunun direktoru vəzifəsində çalışıb. Fransız, ingilis, rus və özünün doğma Sonqai (Songhai) və Bambara dillərini bilir. Ailəlidir, 4 övladı var.

Xəbər lenti

Xəbər lenti