...

Azercell SimSim abunəçilərini mümkün texniki nasazlıqlar haqqında xəbərdar edir

Telekommunikasiya Materials 10 Noyabr 2006 18:50 (UTC +04:00)

Azərbaycanın mobil operatoru MM Azercell Telekom SimSim abonentlərini mümkün texniki nasazlıqlar haqqında xəbərdar edir. Trend şirkətin rəsmi mətbuatda yayılmış məlumatına istinadən bildirir ki, bu, 10,14,16 noyabr saat 02:00-07:00-da sistemin təkmilləşdirilməsi üçün aparılan işlərlə bağlıdır. Bu tarixlərdə bəzi xidmətlərin alınmasında problemlər yarana bilər.

Azersell müştərək müəssisəsi 1996-cı il yanvarın 19-da yaradılıb. İlk təsisçilər Turkcell İletişim Hizmetleri A.S və Azərbaycan Rabitə Nazirliyi olub. Şirkət 1996-cı il dekabrın 15-də fəaliyyətə başlayaraq, abunəçilərin istifadəsinə sonradan ödəmə sistemi əsasında qurulmuş mobil rabitə xidməti təqdim edib. 1998-ci ildən etibarən SimSim ödəmə sistemi, 2005-ci ilin may ayından etibarən isə gənclər üçün nəzərdə tutulmuş GəncSim tarif paketi tətbiq edib.

Hazırda operatorun abunəçilərinin sayı 2 milyon nəfəri keçib.

Xəbər lenti

Xəbər lenti