...

Azercell təkmilləşdirmə işləri aparır

Telekommunikasiya Materials 4 Dekabr 2006 13:34 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telecom BM SimSim abunəçilərini mümkün texniki nasazlıqların olma ehtimalı barədə xəbərdarlıq edir. Trend şirkətin rəsmi mətbuatda yayılmış məlumatına istinadən xəbər verir ki, bu, dekabrın 5-dən 12-dək saat 02:00-07:00 arasında sistemin təkmilləşdirilməsi üzrə işlərlə bağlıdır.

Həmin tarixlərdə bəzi xidmətlərdə problemin yaranma ehtimalı var.

Azercell birgə müəssisəsi 19 yanvar 1996-cı ildə təsis edilib. Onun ilk təsisçiləri Türkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyidir. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından etibarən isə GəncSim - gənclər üçün tarif planı tətbiq edilib. Hazırda operatorun abunçilərinin sayı 2 mln. nəfəri ötür.

Xəbər lenti

Xəbər lenti