...

Azərbaycan KazSat rabitə sputnikindən istifadə üzrə təklifləri Qazaxıstana təqdim edib

Telekommunikasiya Materials 25 Dekabr 2006 17:56 (UTC +04:00)

Qazaxıstan KazSat rabitə sputnikinə çıxış imkanının nəzərdən keçirilməsi haqqında Azərbaycandan təkliflər alıb. Bu barədə Trend xəbər verir. Qazaxıstan Respublikası İnformatizasiya və rabitə agentliyinin məlumatında qeyd olunub ki, Qazaxıstanın "Radioelektron vasitələrin elektrik maqnit uyğunluq və kosmik rabitə Respublika mərkəzi" (KRRM) SC-nin prezidenti Viktor Lefter bildirib ki, hazırda xarici operatorların KazSat sputnikinə çıxışı məhdudlaşıb.

Onun sözlərinə görə, ilk yerli sputnik, hər şeydən əvvəl, Qazaxıstan rabitə operatorlarının tələbatlarının ödənilməsinə yönəldilib.

"Halbuki bizə artıq Qırğızıstan, Özbəkistan, Türkmənistan və Azərbaycandan, eləcə də Rusiya Federasiyasının Nijeqorod vilayətindən təkliflər daxil olub", - deyə o vurğulayıb.

Lefterin sözlərinə görə, hazırda "Kazaxtelekom", "Astel", "Katelko" və "Nursat" KazSat -dan istifadə edir. Onlar cəmi 317 MHs sputniki yükləyib. Sputnikin tam tutumu 864 MHs təşkil edir.

"Bu zaman cəmi 760 MHs-in icarəyə verilməsi planlaşdırılır, 8 MHs "müdafiə" zolağı" üçün, 96 MHs isə ehtiyatda qalır", - deyə KRRM-in başçısı bildirib.

Mərkəzin mütəxəssislərinin hesablamalarına görə, cari ilin sonunadək KazSat-ın gücündən 43% istifadə oluna bilər.

"Sputnikin yüklənməsi kifayət qədər dinamik keçir: 2 ay ərzində gücün üçdə birindən çoxu. Deyə bilərəm ki, beynəlxalq təcrübədə belə misallar çox olmayıb", - deyə KRRM başçısı qeyd edib və vurğulayıb ki, gələn il yüklənmənin yüksək tempi indiki kimi qalacaq.

Belə ki, V.Lefterin verdiyi məlumata görə, 2007-ci il ərzində Kazsatnet dövlət şirkəti həmçinin sputnikin transponderlərindən birində 36 MHs-i işə salmağı planlaşdırır.

Kazsatnet dövlətin 100% iştirakı ilə respublikanın dövlət orqanlarının verilənlərinin sputnik şəbəkəsinin yaradılması və istismarında iştirak etmək üçün 2006-cı il avqustun ortasında hökümətin qətnaməsi ilə yaradılıb.

Bununla yanaşı, KRRM prezidenti hesab edir ki, sputnikin tələb olunmasının başlıca səbəblərindən biri ölkənin daxili bazarında onun xidmətlərinə olan tariflərin rəqabət qabiliyyətinin olmasıdır. "Bizim tarif siyasətimiz Qazaxıstan operatorları üçün sputnik xidmətlərinin əlverişli olmasına əsaslanır. Biz tarifləri çox elastik etməyə çalışdıq - onlar bir sıra amillərdən, o cümlədən, tutduğu zolağın genişliyinin həcminlən və müqavilənin müddətindən asılıdır və bütövlükdə xarici rəqiblərin qiymətlərindən aşağı olur", - deyə o, bununla əlaqədar qeyd edib.

"Kazaxtelekom" SC-nin prezidenti Askar Jumaqaliyev hesab edir ki, cari il iyunun 18-də Baykonur kosmodromundan işə salınmış KazSat rabitə sputnikinin yüklənməsi 2007-ci ilin birinci yarısında 50%-i ötəcək. Onun sözlərinə görə, hazırda KazSat sputnikinin yüklənməsi 39% təşkil edir.

KazSat sputniki Xruniçev adına Rusiya dövlət kosmik elmi-istehsalat mərkəzi (DKEPM) tərəfindən hazırlanıb. Aparat 72 MHs gücə malik keçirmə zolağı ilə 40 və 90 Vt gücü ilə Ku-diapazonunun 12 transponderləri ilə təchiz olunub. Sputnikin əhatə zonaları Qazaxıstan, Mərkəzi Asiya, Qafqaz respublikalarının, mərkəzi Rusiyanın bir hissəsini əhatə edir. Sputnikin aparatları kiçik diametrli antena sistemlərinə əla siqnal qəbulunu təmin edir. KazSat teleradioyayım kanalları, telefon rabitəsinin, verilənlərin ötürülməsi, İnternet şəbəkəsinə geniş zolaqlı çıxışın təşkil edilməsi, VSAT -şəbəkələrin yaradılması və inkişafı, idarə və korporativ rabitə şəbəkələrinin yaradılması, multimedia xidmətləri paketinin göstərilməsi üçün nəzərdə tutulub.

Mütəxəssislərin hesablamalarına görə, KazSat-dan tam gücü ilə istifadə etmək Qazaxıstana öz iqtisadiyyatında ildə 25-27 mln. ABŞ dollarına qədər saxlamağa imkan yaradacaq və bu məbləği hazırda sputnik rabitə operatorları xarici sputnik təşkilatlarına xidmətlərin göstərilməsinə görə ödənilir.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əvvəl bildirib ki, Azərbaycan öz rabitə sputnikinin buraxılması üzrə işlər görür. Rabitə Nazirliyinin bu ilin noyabr ayında keçirdiyi iclas zamanı qeyd olunub ki, Azərbaycan sputniki üçün orbitin müəyyən olunması üzrə Beynəlxalq Elektron Rabitə İttifaqı ilə işlər görülür.

İclas zamanı həmçinin sputnikin texniki parametrləri müzakirə olunub və yüngül çəkili sputnikin hazırlanmasının məqsədəuyğun olduğu qərara alınıb.

Xəbər lenti

Xəbər lenti