...

Azərbaycan İpoteka Fondunda "Smart Bank" sisteminin tətbiqi başa çatır

Telekommunikasiya Materials 26 Dekabr 2006 10:40 (UTC +04:00)

Şirkətdən Trend ə bildiriblər ki, "Smart System Technology" Azərbaycan İpoteka Fondunda avtomatlaşdırılmış "Smart Bank" bank sisteminin tətbiqini başa çatdırır. "Oracle IBIS" platformasının bazası əsasında Azərbaycan dilində yaradılmış avtomatlaşdırılmış "Smart Bank" bank sistemi 11 moduldan ibarətdir - "Əməliyyat günü", "Kredit", "Qiymətli kağızlar", "Analiz", "Hesabatlar", "Balansdan kənar hesabatlar", "Pul köçürmələrinin yerli və xarici sistemləri ilə avtomatik mübadilə", "Əsas vəsaitlər", "Əmək haqqı", "Kadrlar" və "Sistem administrasiyası".

Şirkətdən bildiriblər: "Həmçinin 2007-ci ilin əvvəli üçün "Qiymətli kağızlar" modulunun işlənib tətbiq ediləcəyi gözlənilir".

"Oracle" korporasiyasının rəsmi tərəfdaşı olan "Smart System Technology" 1999-cu ilin noyabrında yaradılıb, bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması, mürəkkəb informasiya sistemlərinin hazırlanması, bank və maliyyə sahəsində məsləhət xidmətlərinin, internet-xidmətlərin göstərilməsi, müasir kommunikasiya avadanlığının satışı və s. ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti