...

Azərbaycan və Çin IT sahəsində hökumətlərarası razılaşma imzalayacaqlar

Telekommunikasiya Materials 11 Yanvar 2007 12:47 (UTC +04:00)

2007-ci ildə Azərbaycan və Çin rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığa dair hökumətlərarası razılaşma imzalamaq niyyətindədir. Bu barədə cümə günü Trend ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Razılaşmanın layihəsi artıq hazırlanıb və razılaşdırılıb. Nazirlikdə hesab edirlər ki, razılaşma Azərbaycanın rabitə naziri Əli Abbasovun Çinə səfəri çərçivəsində imzalana bilər.

Bundan öncə Çinin analoji dövlət strukturunun rəhbəri Ə.Abbasovu İKT sahəsində daha ssıx əməkdaşlıq əlaqələrinin yaradılması üçün Çinə dəvət edib.

Azərbaycan və Çin arasında İKT sahəsində qarşılıqlı anlaşma haqqında artıq memorandum mövcuddur, bu sənəd Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci ilin mart ayında ÇXR-ə rəsmi səfəri zamanı imzalanıb. Hökumətlərarası razılaşmanın imzalanması memorandumun bəndlərinə uyğun olaraq nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti