...

Ekspert: Azərbaycanda telefon danışıqlarına görə vaxt hesabı ilə ödənişə keçmək hələ tezdir

Telekommunikasiya Materials 12 Yanvar 2007 15:06 (UTC +04:00)

"Multimedia" İnformasiya xidmətləri və texnologiyaları mərkəzinin direktoru Osman Gündüz şəhərdaxili telefon şəbəkələrinin telefon danışıqlarına görə vaxt hesabı ilə ödənişə keçidin hələ tez olduğunu hesab edir.

"Vaxt hesabı ilə ödənişə keçməzdən əvvəl, abunəçilərin bahalı və ucuz qiymətləri seçmək imkanı olması üçün Rabitə Nazirliyi ATS-in real özəlləşdirilməsini həyata keçirməli idi. Əslində Bakıda, demək olar ki, bütün şəhərdaxili şəbəkə Rabitə Nazirliyinin mülkiyyətindədir. Beləliklə, abunəçilərin seçimi yoxdur", - deyə O.Gündüz Trend ə bildirib.

Vaxt hesabı ilə ödənişə keçidin hələ tez olmasının ikinci səbəbi kimi o, Azərbaycanda İnternet istifadəçilərinin yalnız 10%-nin ayrılmış telefon xəttindən istifadə etməsi faktını göstərib. Qalanları İnternetlə yüklənmiş telefon xəttindən istifadəyə görə ödəməli olacaqlar.

"Multimedia" Mərkəzinin yeni ödəniş sisteminə keçməsinə qarşı çıxış etməsinin üçüncü səbəbi Azərbaycanda son qiymət qalxması ilə bağlı ölkə əhalisinin yoxsul təbəqələrinin düşdüyü ağır iqtisadi vəziyyətdir.

Və nəhayət, O.Gündüzün narazıçılığının dördüncü səbəbi bundan ibarətdir ki, bir çox Azərbaycan saytları gec yüklənir və bu səbəbdən də abunəçilər saytın yüklənməsinə sərf olunan vaxtda telefon xəttindən istifadəyə görə ödəməli olacaqlar.

"Multimedia" Mərkəzi təklif edir ki, vaxt hesabı ilə ödənişə keçməzdən əvvəl sayt sahiblərinə öz internet-resurslarını texniki cəhətdən yenidən təchiz etmək üçün vaxt vermək lazımdır. Əks halda onlar istifadəçilərsiz qalacaqlar.

Xəbər lenti

Xəbər lenti