...

Azərbaycanın rabitə naziri: "Aztelekom" və "Baktelekom"un birləşməsi zəruridir

Telekommunikasiya Materials 15 Fevral 2007 15:50 (UTC +04:00)

"Aztelekom" və "Baktelekom" İB-nin birləşməsi zərurəti dünya təcrübəsi tərəfindən diktə edilir. Trend xəbər verir ki, bu barədə cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Xəzər inteqrasiya və işgüzar klubunun görüşündə bildirib.

Onun sözlərinə görə, ölkənin özəlləşdirilməsinin qarşısında, ilk növbədə, onun yenidən strukturlaşdırılması gedir.

"Dünyanın bir çox ölkələrində dövlət müəssisələrinin özəlləşdirilməsi üçün onlar yenidən strukturlaşdırılır. Dünya təcrübəsinə əsaslanaraq, birinci mərhələdə yenidən strukturlaşdırılmanın, ikincidə isə - müəssisələrin özəlləşdirilməsinin həyata keçirilməsi məqsədəuyğun hesab olunub", - deyə nazir bildirib.

Azərbaycan hökumətinə belə təklif rabitə sahəsində müəssisələrin özəlləşdirilməsinə hazırlıq üzrə məsləhətçi - CA IB konsorsiumundan daxil olub.

Məsləhətçi "Aztelekom"un özəlləşdirilməsi üzrə təkliflər hazırlayacaq, bu isə növbəti addım olacaq. Hazırda o, lokal məsələlərin həlli üçün birbaşa "Aztelekom"la işləyir. Özəlləşdirmə prosesində, birinci mərhələdə dövlətdə kiçik səhm paketinin saxlanması planlaşdırılır, bu isə CA IB konsorsiumunun tövsiyyələrindən asılı olacaq.

Məsləhətçi xidmətləri iki mərhələdə həyata keçiriləcək: birinci mərhələdə müəssisələrin, eləcə də birgə müəssisələrinin nizamnamə kapitalında dövlət payının inventarlaşdırılması və hər hansı əmlakın özəlləşdirilməsinin məqsədəuyğun olmamasını aşkar etməklə beynəlxalq standartlar üzrə qiymətləndirilməsi, bu əmlakın müəssisədən çıxarılması, bu əmlakdan istifadə üzrə tövsiyyələrin hazırlanması nəzərdə tutulur.

İkinci mərhələyə investorların özəlləşdirilmə prosesin cəlb olunması, özəlləşdirilmə metodundan asılı olaraq müvafiq müəssisənin (dövlət payının) satışı üzrə təşkilati xidmətlərin göstərilməsi, o cümlədən informasiya memorandumunun hazırlanması, müsabiqə sənədlərinin və s. tərtib olunması, müəssisələrin effektiv fəaliyyətinin təmin olunması ilə bağlı xüsusi təklif və şərtlərin təqdim olunması daxildir.

Xəbər lenti

Xəbər lenti