...

Azərcell İsrail və Kanada ilə ilk GPRS/MMS rouminq sazişini imzaladı

Telekommunikasiya Materials 16 Mart 2007 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM iki yeni operatorla GPRS/MMS rouminq xidmətini istifadəyə verib. Bu barədə məlumatı şirkətin mətbuat xidmətindən veriblər. Bu İsrailin "Partner" və "Celcom", Kanadanın isə " Rogers" və "Fido" operatorları arasında imzalanmış GPRS/MMS rouminq sazişi hesabına mümkün olub. Bu hər iki ölkənin operatorları ilə rouminq sahəsində ilk sazişdir.

Qeyd edək ki, indiyə kimi "Azercell Telekom" BM 36 ölkənin mobil rabitə operatorları ilə 77 GPRS/MMS rouminq sazişi bağlayıb.

Hazırda Azercell Telecom BM-in dünyanın 136 ölkəsinin mobil rabitə operator ilə 317 rouminq sazişi var.

Azercell Telecom BM 19 yanvar 1996-cı ildə yaradılıb. Şirkət həmin ilin dekabr ayının 15-dən etibarən fəaliyyətə başlayıb. Şirkət Azərbaycanın Rabitə Nazirliyi (35.7%) və Fintur Holdings (64.3%) tərəfindən yaradılmış birgə müəssisədir.

Fintur Holdings-in səhmlərinin 58.55 faizi TeliaSonera və 41.45 faizi Turkcell şirkətinə məxsusdur.

Azercell-in abonentlərinin sayı hazırda 2.4 mln. nəfərdən çoxdur. Şirkət rabitə sahəsində ölkə ərazisinin 77 faizini və əhalinin 99 faizini əhatə edir.

Xəbər lenti

Xəbər lenti