...

Azərbaycanda Microsoft Windows Vista-nın lokallaşdırılmış məhsulu hazırlanır

Telekommunikasiya Materials 13 Aprel 2007 15:34 (UTC +04:00)
Azərbaycanda Microsoft Windows Vista-nın lokallaşdırılmış məhsulu hazırlanır

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın "Sinam" şirkəti Microsoft Windows Vista-nın lokallaşdırılması işini aparır. Cümə günü şirkətdən verilən məlumata əsasən, ilkin qlossariya versiyası hazırlanır. Qlossariyanın ümümi tutumu 800 min söz təşkil edir, bu sözlər iş prosesində sistemin yeniləşməsi üzrə tərcüməyə daxil olur.

Şirkətdən qeyd olunub ki, terminlərin sayı 1 mln.-a çata bilər.

Microsoft Azerbaijan Microsoft Windows Vista əməliyyat sisteminin Azərbaycan dilinə tərcümə olunmasının və 2006-cı ilin oktyabrında "Microsoft Office 2007" paketinin əsas mərhələsinin başlanmasını elan edib. Qlossariy "Microsoft Azerbaijan" və onun Azərbaycandakı rəsmi əməkdaşı "Sinam Ltd" arasında bağlanmış müqaviləyə əsasən hazırlanıb.

Microsoft-un proqnozlarına əsasən, Azərbaycanda artıq ilin sonunda lokallaşdırılmış məhsulu istifadə etmək mümkün olacaq. Belə ki, adətən bütün proses 8 aydan 12 ayadək davam edir.

Bu gün Microsoft korporasiyasının məhsulları dünyanın 45-dən artıq dilinə tərcümə olunub və şəxsi kompüterlərin platformalarının əksəriyyəti ilə uyğundur.

Xəbər lenti

Xəbər lenti