...

Oğuzda elektron ATS-lərin quraşdırılması üzrə tender elan edilib

Telekommunikasiya Materials 16 Aprel 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Oğuz rayonunun telekommunikasiya qovşağı rayon ərazisində yerləşən kəndlərdə telefon stansiyalarının quraşdırılması ilə bağlı tender elan edib. Tender Muxas və Şirvanlı kəndlərində müvafiq olaraq 160/60 və 256/30 tutumlu elektron ATS-lərin inşasını, habelə HDSL avadanlığı komplektlərinin alınması və quraşdırılmasını nəzərdə tutur.

Təkliflər aprelin 25-dək qəbul ediləcək.

Qeyd edək ki, bölgələrdə rabitə xətlərinin yenidən qurulması ilə bağlı işlər Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı ("Elektron Azərbaycan") çərçivəsində aparılır.

Xəbər lenti

Xəbər lenti