...

Azərbaycanda rabitə xidmətlərinin həcmi artırılır

Telekommunikasiya Materials 16 Aprel 2007 18:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Yanvar-martda Azərbaycanda 140,2 mln. manat həcmində rabitə xidmətləri göstərilib. Bu da 2006-cı ilin uyğun dövrü ilə müqayisədə 16,6 faiz çoxdur. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsi məlumat verib.

Bunun 74,1 faizi özəl şirkətlərə göstərilib. Bununla yanaşı, əldə olunmuş gəlirlərin 78,7 faizi əhaliyə göstərilmiş rabitə xidmətlərinin payına düşüb.

Azərbaycan regionlarında göstərilən rabitə xidmətlərinin həcmi artıb. Xidmət səviyyəsi Quba-Xaçmaz iqtisadi rayonunda 20,4 faiz, Şirvanda - 12,5 faiz, Şəki-Zaqatalada - 21,8 faiz, Aranda - 12,5 faiz, Naxçıvanda - 30,5 faiz, Lənkəranda - 14,6 faiz, Abşeronda - 3,9 faiz və Gəncə-Qazaxda 3,5 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti