...

Azercell şəbəkənin müasirləşdirilməsi işlərini aparır

Telekommunikasiya Materials 18 Aprel 2007 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend /Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM müştərilərini aprelin 18-20-də gecə saat 02.00 dan başlayaraq və səhər saatlarına qədər telefon danışıqları və bəzi digər xidmətlər üzrə şəbəkənin olmaması ehtimalı ilə bağlı xəbərdar edir. Şirkətədn verilən məlumata görə, bu, operator şəbəkəsində müasirləşdirmə işlərinin aparılması ilə əlaqədardır.

Şirkət rabitənin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə dövrü olaraq bu cür işləri həyata keçirir.

Şirkətin abonentlərinin sayı təqribən 2,5 mln. nəfər təşkil edir. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 77, əhalisinin isə 99 faizini təşkil edir.

Azercell dünyanın 130-dan çox ölkəsi ilə 300-dən çox rouminq müqaviləsinə malikdir.

Azercell Telecom BM 1996-cı ildə yaradılıb. Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. 1996-cı ilin 15 dekabrından fəaliyyətə başlayan şirkət ilkin olaraq müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edirdi.

Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti