...

Bakıda TAA üzrə işçi qrupun iclası keçirilir

Telekommunikasiya Materials 19 Aprel 2007 17:38 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Bakıda fibrooptik kabel magistralı beynəlxalq layihəsi TAA (Trans-Asiya-Avropa) üzrə işçi qrupun iclası keçirilir.

İclasın gündəliyinin əsas mövzusu Siyəzən (Azərbaycan) - Aktau (Qazaxıstan) marşrutu üzrə TAA-nın Xəzər seqmentinin tikintisi imkanlarının müzakirəsidir. İclasın işində Türkiyə, Qazaxıstan, Almaniya, Fransa, Ukrayna, Gürcüstan və Özbəkistanın rabitə və IT şirkətlərinin adminstrasiya nümayəndələri iştirak edir.

Bu gün TAA optik lifli kabelinin Xəzər dənizinin sualtı hissəsindən başqa Şanxaydan Frankfurta qədər bütün seqmentləri üzrə tikinti işləri başa çatıb. Buna görə də TAA kabeli üzrə məlumat mübadiləsi tranzit yolu ilə İran və Rusiya ərazisindən həyata keçirilir. Bu da magistralın təhlükəsizliyini azaldır və uzunluğu artırır.

Layihənin həyata keçiriləcəyi təqdirdə Azərbaycan regionda əsas tranzit dövlət olacaq. Layihə Orta Asiyaya Azərbaycan ərazisi vasitəsilə birbaşa Türkiyə ilə əlaqə yaratmağa imkan verəcək. Eyni zamanda Azərbaycan, Türkiyə, Gürcüstan və digər dövlətlər Qazaxıstan ərazisi vasitəsilə Çinlə əlaqə yaratmaq imkanı əldə edəcək.

Xəbər lenti

Xəbər lenti