...

"Azərfon" rəhbəri: "Nar Mobile" Azərbaycanın telekommunikasiya bazarında rəqabətin yaradılması üçün təkan olacaq"

Telekommunikasiya Materials 23 Aprel 2007 14:52 (UTC +04:00)
"Azərfon" rəhbəri: "Nar Mobile" Azərbaycanın telekommunikasiya bazarında rəqabətin yaradılması üçün təkan olacaq"

Azərbaycan, Bakı/müxbir Trend S.Babayeva/ Trend ın "Azərfon" Birgə Müəssisəsinin baş direktoru Con Armli ilə müsahibəsi:

Azərbaycanda GSM standartı üzrə üçüncü mobil operator olan "Azərfon" BM kommersiya fəaliyyətinə martda başlayıb. "Azərfon" şirkəti bazarda "Nar Mobile" ticarət nişanı ilə təqdim olunub.

- Siz, Azərbaycanın informasiya texnologiyaları bazarının inkişafını necə qiymətləndirirsiniz?

-Azərbaycan re gionda ən dinamik inkişaf edən ölkələrdən biridir. Hazırda İnformasiya Texnolo giyaları sektorunun inkişafı Azərbaycan üçün mühüm istiqamətlərdəndir. Bu sahədə çalışan şirkətlərin sayı ölkədə gündən-günə artmaqdadır. Azərbaycan mobil telefon istifadəçilərin sayına görə MDB ölkələri arasında liderdir. Ölkədə 10 ildən artıqdır ki, iki iri mobil rabitə operatoru fəaliyyət göstərir. Bununla yanaşı, mobil rabitə bazarında rəqabətin olmamasını aydın şəkildə müşahidə etmək olar. Bütün bunlar bizim Azərbaycanda mobil rabitənin inkişaf etdirilməsində rolumuzu aydın olaraq göstərir.

Biz telekommunikasiya bazarında rəqabətin yaranmasına böyük təkan verəcəyik. Əslində, "Nar Mobile"ın gəlişi mobil rabitə xidmətləri göstərən şirkətlər arasında münasib qiymətlərin yaranmasına, keyfiyyətli şəbəkənin yaradılmasına, ölkədə ən yeni texnologiyaların tətbiq olunmasına gətirəcək.

- "Nar Mobile"ın artıq on minlərlə abunəçisi var. Şirkətiniz belə qısa müddət ərzində bu uğuru necə qazana bilib?

- "Nar Mobile" fərqli mobil operator olmaq əzmindədir. Bizim təqdim etdiyimiz unikal həllər və xidmətlər məhz abunəçilərin maraqlarını nəzərə alaraq yaradılıb. Bu rəqəmlər düzgün mövqe seçdiyimiz haqda xəbər verir. Bazarda mövcud olan digər təkliflər ilə müqayisədə bizim təqdim etdiyimiz Tarif Planları daha səmərəli və rəqabətə davamlıdır. Hər bir "Nar Mobile" abunəçisi onun üçün münasib olan Tarif Planını seçə bilər. Tarif planlarımızda sevimli nömrələr, çoxsaylı güzəştlər və bonuslar təklif olunur. Belə ki, abunəçilər şənbə-bazar günləri, bayram günləri və gecə yarısından sonra 50% güzəştlə zəng edə bilərlər. "Nar Mobile"ın təklif etdiyi tarif planları öncədən ödəniş sistemi ilə fəaliyyət göstərir. Hazırda digər mobil operatorlar tərəfindən təklif olunan öncədən ödəniş sistemi ilə fəaliyyət göstərən tarif planları ilə müqayisədə "Nar Mobile" şəbəkəsinin tarif planlarının qiymətləri daha səmərəlidir.

Həmçinin "Nar Mobile" abunəçilərinin hesabları şərti vahidlərlə deyil, milli valyutada göstərilir. Bu isə öz növbəsində abunəçilərə öz xərclərini rahat şəkildə hesablamağa kömək edir. Milli valyutada ödəniş hesabın şəffav və aydın olması deməkdir.

Keyfiyyətli xidmətlərin tətbiqi və qısa müddət ərzində keyfiyyətli şəbəkənin qurulması nəticəsində "Nar Mobile" abunəçilərinin sayı hər dəqiqə artmaqdadır.

"Nar Mobile" 2007-ci ilin sonunadək bir milyondan artıq abunəçiyə xidmət göstərmək gücünə malik şəbəkənin yaradılmasına nail olmağı planlaşdırır.

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı, Quba, Lənkəran və Naxçıvan şəhərlərində geniş satış infrastrukturu yaradılıb. Ümumilikdə Azərbaycan üzrə 200-dən artıq "Nar Mobile" satış məntəqələri fəaliyyət göstərir. Yalnız Bakı şəhərində 100-dən artıq satış məntəqəsi mövcuddur.

- "Nar Mobile" şəbkəsinin abunəçiləri arasında korporativ müştərilər neçə faiz təşkil edir və əhali arasında daha çox hansı tarif planına üstünlük verilir?

- "Nar Mobile" Azərbaycan bazarında ümumi istifadə üçün nəzərdə tutulmuş müxtəlif tarif paketləri ilə yanaşı, korporativ proqramlar təklif edir. Əlbəttə ki, müştərilərimizin çoxu Rəngarəng Zövqlər Tarif Planını seçir. Lakin onu da vurğulamalıyam ki, Məqsədə Doğru Tarif Planı da abunəçilər arasında çox yayılıb. Bizim abunəçilər bu tarif planında təqdim olunan aylıq bonusları çox bəyənib.

Unikallıq, rabitənin keyfiyyəti və yüksək səviyyəli xidmət şirkətimizin abunəçilərinə uyğun olaraq proporsionallıq təşkil edir.

"Nar Mobile" abunəçilərin istəklərini nəzərə alaraq mobil rabitə bazarında analoqu olmayan yeni tarif paketlərini təqdim edəcək.

- Bu gün şirkətiniz texniki cəhətdən neçə abunəçiyə xidmət göstərmək iqtidarındadır? Şirkətinizin əhatə dairəsinə hansı regionlar daxildir və "Azərfon" daxili rouminqsiz 80 faiz ölkə ərazisini əhatə edə bilmək üçün hansı tədbirlər həyata keçirir?

-Kommersiya fəaliyyətinə başlayan andan şəbəkəmiz Bakı (Abşeron yarımadası daxil olmaqla) Gəncə, Mingəçevir, Əli Bayramlı, Lənkaran, Quba və Naxçıvan şəhərlərini əhatə edib. Şirkətimiz yeni stansiyaların quraşdırılmasını davam etdirir.

Hazırda "Nar Mobile" servis şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. İlkin olaraq bu əhatə dairəsi "Azerfon" şəbəkəsi və ölkədaxili rominqdən ibarət olacaq. "Nar Mobile" 2007-ci ilin sonunadək ölkədaxili rominq olmadan ölkə ərazisinin 80%-ni əhatə edəcək və bir milyondan artıq abunəçiyə xidmət göstərmək gücünə malik şəbəkənin yaradılmasına nail olmağı planlaşdırır.

- "Azərfon"un yaxın gələcək üçün perspektivləri nədən ibarətdir? Azərbaycan iqtisadiyyatına investisiya yatırımlarının həcmi nə qədər nəzərdə tutulub?

-Şirkətin investisiya yatırımları bazarın tələbatından asılı olaraq planlaşdırılır. Bu il biz "Universal Mobile Telecommunications Systems" (mobil telefoniyanın üçüncü nəsli, ortamüddətli planda mövcud olan GSM sistemini əvəz edə bilər) xidmıtini öz abunəçilərimizə təqdim edəcəyik. Təqdim etdiyimiz xidmətlərin davamlı inkişaf etdirilməsi ilə yanaşı biz, Azərbaycan ərazisinin 80%-dan çoxunu "Nar Mobile" şəbəkəsi ilə əhatə edəcəyik.

Hazırda biz yalnız GSM xidmətləri və tarif planları barədə danışırıq. "Nar Mobile" bütün bunlarla yanaşı, Azərbaycan mədəniyyətinə, qədim irsinə dəstək olacağıq. "Nar Mobile" Azərbaycanın gündəlik həyatının bir hissəsinə çevirilmək arzusundadır.

Biz, Azərbaycanda ölkə iqtisadiyyatı üçün artıq öz tövhəsini verməkdə olan yeni bir şirkət yaratmışıq, bu şirkətdə 200-dən artıq işçi çalışır və dolayısı ilə 1000 nəfərdən artrıq işçi iş yeri ilə təmin olunur.

Xəbər lenti

Xəbər lenti