...

Smart Systems Technology Azərbaycan İpoteka Fondu üçün işləri başa çatdırır

Telekommunikasiya Materials 27 Aprel 2007 17:48 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Smart Systems Technology Azərbaycanın İpoteka Fondunda avtomatlaşdırılmış Smart Bank bank sisteminin tətbiqi layihəsinin böyük hissəsini başa çatdırıb. Bu barədə şirkətdən məlumat verilib.

Avtomatlaşdırılmış Smart Bank bank sistemi 11 moduldan ibarətdir - "Əməliyyat günü", "Kredit", "Qiymətli kağızlar", "Analiz", "Hesabatlar", "Balansdankənar hesabatlar", "Yerli və xarici pul köçürmələri sistemləri ilə avtomatik mübadilə", "Əsas vəsaitlər", "Əmək haqqı", "Kadrlar" və sonuncu modul "Sistem administrasiyası".

Şirkətdən verilən məlumata əsasən, fondun fəaliyyəti üzrə hesabatın yeni formaları lazım olduğu halda hazırlanır və tətbiq olunur. Sistemin "Qiymətli kağızlar" modulu istisna olmaqla, bütün modulları hazırlanıb. Smart Systems Technology bu modul üzərində işi qısa vaxt ərzində başa çatdıracaq.

Smart Systems Technology Oracle korporasiyasının rəsmi əməkdaşıdır, 1999-cu ildə təsis olunub və bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması xidmətləri, mürəkkəb informasiya sistemlərinin hazırlanması, bank və maliyyə sahələrində konsaltinq, internet xidmətləri, müasir kommunikasiya və digər avadanlıqların satışı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti