...

Elcell abunəçilərinə beynəlxalq iBurst şəbəkəsinə qoşulmaq imkanı təqdim edəcək

Telekommunikasiya Materials 30 Aprel 2007 17:38 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /12 - 13 apreldə Malayziyanın Kuala-Lumpur şəhərində keçirilmiş beynəlxalq iBurst texnologiyası forumunda iBurst şəbəkələrini tətbiq etmiş ölkələr arasında beynəlxalq rouminq xidməti sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşma Memorandumu imzalanıb.

Elcell simsiz internet xidməti Azərbaycanda iBurst texnologiyası əsasında 2005-ci ilin dekabr ayında qurulub. Bu barədə şirkətin məlumatında bildirilib.

Azərbacyanı forumda təmsil etmiş Elcell layihəsinin rəhbərlərinin sözlərinə görə, Memorandumun məqsədi dünyanın müxtəlif yerlərindən iBurst istifadəçilərinə münasib tariflərlə beynəlxalq simsiz şəbəkələrə çox rahat şəkildə qoşulmaq imkanı yaratmaqdır.

Memorandumun imzalanması artıq yaxın gələcəkdə Azərbaycan, Malayziya, Kanada, Avstraliya, Hollandiya, Cənubi Afrika Respublikası və digər ölkələrdə iBurst şəbəkəsinə azad giriş sisteminin yaradılmasına imkan verəcək. Beynəlxalq iBurst istifadəçilərinə təqdim ediləcək strategiyanın detal və incəlikləri iBurst assosiasiyasının (iBA) işçi qruplarının iclaslarında hazırlanacaq.

2007-ci ilin 14 aprel tarixində iBurst texnologiyasından istifadə edən ölkələrin nümayəndələri və avadanlığın istehsalçıları - Yaponiyanın Kyocera Corporation və Amerikanın ArrayComm LLC şirkətləri - tərəfindən iBurst assosiasiyas (iBA) yaradılıb. ıb. Assosiasiyanın iclasında iBurst-un Malayziya operatoru olan MoBif şirkətinin başçısı cənab Kevin Leonq Assosiasiyanın İdarə Komitəsinin rəhbəri seçilib. Yeni yaradılmış assosiasiyanın məqsədi - geniş zolaqlı simsiz iBurst texnologiyasının qlobal standart kimi tətbiq edilməsidir.

iBurst texnologiyası haqqındandaiBurst texnologiyası MBWA - Mobile Broadband Wireless Access IEEE802.20 standartına cavab verir və hazırda simsiz genişzolaqlı mobil məlumat ötürmə texnologiyaları arasında ən müasirdir. . 2005-ci ilin sentyabr ayında iBurst texnologiyasına Amerika Milli Standartlar İnstitutu tərəfindən HC-SDMA (High Capacity Spatial Division Multiple Access) standartı verilib.

Xəbər lenti

Xəbər lenti