...

Xarici şirkətlər "Azərsat" layihəsinə maraq göstərir

Telekommunikasiya Materials 7 May 2007 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx.TrendLife Fərid Sadıxov/Dünyanın iri peyk qurumları Azərbaycanın milli rabitə peykinin buraxılmasını nəzərdə tutan "Azərsat" layihəsinə maraq göstərirlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildilib ki, hazırda "İntelsat", "Eutelsat" və "İntersputnik"lə danışıqlar aparılır. Bu şirkətlər peykin hazırlanması, onun orbitdə yerləşdirilməsi ilə bağlı təkliflər verirlər.

Üç ay ərzində bütün müraciətlər hazırlanacaq, sonra isə Beynəlxalq Elektron Rabitə İttifaqına (İTU) təqdim ediləcək. İTU artıq Azərbaycanın təkliflərini qəbul edərək onları peyk işi ilə məşğul olan təşkilatlar arasında yayıb. 80-100 milyon ABŞ dolları məbləğindəki layihənin maliyyə mənbələri hələlik müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti