...

Bakıda informasiya texnologiyalarının təhsildəki roluna dair konfrans keçiriləcək

Telekommunikasiya Materials 14 May 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Bakıda "İnformatika. Təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri" elmi-praktiki konfrans keçiriləcək. Konfrans mayın 22-23-də Müəllimlər İnstitutunda baş tutacaq.

İnstitutun prorektoru Həmzə Seyidlinin bazar ertəsi günü verdiyi məlumata görə, tədbirə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, təhsil naziri Misir Mərdənov, Bakı və bölgələrdə yerləşən ali təhsil ocaqlarının nümayəndələri dəvət olunub.

Qeyd edək ki, konfransda informasiya texnologiyalarının təhsil sahəsində tətbiqi, bu sahədəki müvəffəqiyyətlər və çatışmazlıqlar müzakirə olacaq.

Xəbər lenti

Xəbər lenti