...

Naxçıvan Dövlət Universitetində Cisco şəbəkə Akademiyası yaradılır

Telekommunikasiya Materials 14 May 2007 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Naxçıvan Dövlət Universitetinin nəzdində Cisco şəbəkə Akademiyası yaradılır. Bu barədə məlumat AzNET layihəsinin məlumatında göstərilib.

AzNET Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, BMT-nin İnkişaf Proqramının, AzRENA təşkilatının birgə həyata keçirdiyi beynəlxalq layihədir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetində yaradılacaq Cisco Şəbəkə Akademiyası ilə bağlı hazırlıq prosesi ilə yaxından tanış olub.

Şəbəkə Akademiyasının açılış mərasimi iyun ayında Naxçıvanda keçiriləcək "Elektron Naxçıvan" konfransı zamanı planalaşdırılıb.

Cisco Lokal Şəbəkə Akademiyası layihəsi 1997-ci ilin oktyabrından başlayıb. Həmin dövrə qədər bu proqram ABŞ-ın 7 ştatında 37 ali təhsil müəssisəsini əhatə edirdi.

Hazırda dünyada mövcud olan 11 mindən artıq Cisco Şəbəkə Akademiyalarında artıq 1,6 mln. tələbə təhsil alıb (onların 18%-i qadınlardır). 10 il ərzində Akademiyanı 2 milyondan çox tələbə bitirib.

Proqramla Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan, Ukrayna və Ermənistan da daxil olmaqla dünyanın 168 ölkəsindən olan təhsil müəssisəsləri əməkdaşlıq edir.

Proqramın məqsədi nəzəriyyə və praktika üzrə layihələndirmə, quraşdırma və ümumqəbul olunmuş standartların istifadəsi ilə yerli və qlobal şəbəkələrin istismarı sahəsində güclü mütəxəssislərin hazırlanmasıdır.

Azərbaycanda AzNET layihəsi çərçivəsində artıq 12 Cisco Lokal Şəbəkə Akademiyası yaradılıb.

Xəbər lenti

Xəbər lenti