...

Azərfon kimsəsiz uşaqlara yardım məqsədilə keçirilən tədbirə sponsorluq edib

Telekommunikasiya Materials 16 May 2007 17:20 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend / Azərfon BM (ticarət markası Nar Mobile) Beynəlxalq Qadınlar Klubu tərəfindən xeyriyyə məqsədiylə təşkil olunan moda gecəsinin sponsoru qismində çıxış edib.

Şirkətin məlumatında bildirilib ki, moda gecəsinin əsas məqsədi Şüvəlan qəsəbəsində yerləşən 3 saylı uşaq evinin təmiri və yeni idman meydançasının tikilməsiylə orada yaşayan 100-dən artıq kimsəsiz uşağa sevinc bəxş etmək üçün lazımi vəsaitin toplanması olub.

"Azerfon Azərbaycanın mobil rabitə bazarında yeni operator olsa da, şirkət kimsəsiz uşaqlara qayğı göstərmək kimi xeyriyyəçilik layihələrinin dəstəklənməsini özünün mənəvi borcu hesab edir", şirkətin məlumatında bildirilib.

Azərfon BM (ticarət markası Nar Mobile) Azərbaycan ərazisində GSM standartı üzrə mobil rabitənin göstərilməsi üçün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziya alıb. Şirkət kommersiya fəaliyyətinə 21 mart 2007-ci ildən başlayıb.

Xəbər lenti

Xəbər lenti