...

Cisco 2007-ci maliyyə ilinin üçüncü rübünün yekunlarını elan edib

Telekommunikasiya Materials 16 May 2007 18:46 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /2007-ci ilin üçüncü rübü (aprelin 28-də başa çatıb) Cisco şirkəti üçün bir daha rekord göstəricilərlə yadda qalıb. Şirkətin Bakı ofisinin məlumatında bildirildiyi kimi, keçən ilin analoji dövrü ilə müqayisədə satış həcmi 21,1 faiz artaraq 8,9 mlrd. dollar təşkil edib. GAAP mühasib uçotunun qaydalarına əsasən hesablanmış təmiz gəlir 33,9 faiz artaraq 1,9 mlrd. dollar səviyyəsinə çatıb.

2007-ci maliyyə ilinin ilk 9 ayında Cisco-nun satış həcmi ötən ilin analoji dövrü ilə müqayisdə təxminən ? qədər artaraq 25,5 mlrd. dollar təşkil edib. Bununla belə, Scientific-Atlanta, Inc. şirkətinin Cisco-nun satış həcminə qoyuluşu 2 mlrd. dollara çatıb, təxminən beş dəfə artıb.

Cisco-nun GAAP metodologiyası üzrə hesablanmış təmiz gəliri 2007-ci maliyyə ilinin birinci üç rübündə 35 faiz artaraq 5,4 mlrd. dollara çatıb. "Biz 2007-ci maliyyə ilinin üçüncü rübünün nəticələri ilə tamamilə razıyıq", deyə Cisco şirkətinin maliyyə direktoru Denis Pauell (Dennis Powell) qeyd edib.

"Şirkət sabit artımı bütün coğrafi regionlar, məhsullar, xidmətlər, istifadəçi seqmentləri və yeni bazarlara balanslaşdırılmış yanaşmanın hesabına nümayiş etdirir. Strategiyamız özünü doğruldur və gələcəkdə biz gələcək texnologiyaların inkişafına effektiv balanslaşdırılmış investisiyalar həyata keçirəcəyik. Bununla da mövcud qərarları fəal inkişaf etdirəcəyik".

Bu dövr ərzində Cisco tələb üzrə qrup halında işlər üçün təkliflər bazarında lider olan WebEx Communications, Inc. şirkətinin əldə olunması barədə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən, Cisco WebEx-in dövriyyədə olan bütün səhmlərini alacaq. Şirkət Five Across, Inc., Reactivity, Inc., NeoPath Networks, Inc. və SpansLogic, Inc. şirkətlərinin alınması prosesini başa çatdırıb. Bundan başqa, Cisco Tribe.net şəbəkə sosial saytının operatoru olan Utah Street Networks, Inc. şirkətinin bir sıra aktivlərini əldə edib. 1993-cü ildən sonrakı dövr ərzində Cisco təxminən 130 şirkət əldə edib.

Xəbər lenti

Xəbər lenti