Azərbaycan, Bakı / Trend / Nar Mobile ticarət nişanı altında GSM standartı üzrə mobil xidmətlər təklif edən Azərbaycanın mobil operatoru "Azerfon" BM bəyan edib ki, iyunun 5-dən Nar Mobile abunəçiləri Belarus, Qazaxıstan və Türkiyədə olarkən birbaşa beynəlxalq rouminq xidmətlərindən yararlana bilərlər.
Nar Mobile-ın Belarusdakı tərəfdaşı rolunda MDC "WELCOM", Qazaxıstanda "KarTel" və Türkiyədə "AVEA" ilə "Turkcell" çıxış edir.
Bu gün Nar Mobile rouminqinin əhatə dairəsinə 217 ölkə və 430 mobil operatoru daxildir.
Rouminq xidmətinin aktivləşdirilməsi üçün abunəçi Nar Mobile mərkəzlərinə müraciət etməlidir. Müvafiq xidmət Nar Mobile-ın bütün tarif planlarına daxildir. Rouminq xidməti birbaşa abunəçinin hesabından ödənilir və əlavə depozit qoyuluşu tələb etmir.
"Azərfon" BM Azərbaycan ərazisində GSM standartı üzrə mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziyanı 2005-ci ilin sonunda alıb. Kommersiya fəaliyyəti ilə isə şirkət 2007-ci il martın 21-dən məşğul olmağa başlayıb.