...

Azercell GizlətCell+ 30 günə qədər uzadıb

Telekommunikasiya Materials 27 Avqust 2007 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azercell Telekom BM abunəçilərinə GizlətCell+ xidmətindən daha bir imkan təqdim edir. Şirkətin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda göstərilib ki, bundan sonra Azercell abunəçiləri GizlətCell+ xidmətini daha uzun müddətə - 30 gün aktivləşdirə və hədiyə edə biləcəklər.

Xidmətin aktivləşdirilməsi üçün 9030 nömrəsinə sms göndərmək lazımdır. Xidmətin qiyməti fakturalı xətt abunəçiləri üçün 4 AZN (ƏDV-siz), SimSim abunəçiləri üçün isə 1000 konturdur.

İstənilən abunəçi bu xidməti hədiyyə edə bilər. Bunun üçün sms mətninə həmin şəxsin nömrəsini yazmaqla 9030 nömrəsinə göndərmək lazımdır. Xidmətin dəyəri isə eynidir və hədiyyə edən şəxs bunu ya abunə paketi yaxud da konturları ilə ödəyir.

Xəbər lenti

Xəbər lenti