Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir Ə. Həsənov/
"Ələt-Astara" avtomobil yolunun yenidən qurulması ilə əlaqədar tikinti işləri aparılan ərazilərdə bütün növ daşınmaz əmlak obyektlərinin kadastr planlarının tərtib edilməsi çərçivəsində təkliflər sorğusu elan edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.
Tenderin predmeti tikinti işləri ərazisindəki bütün növ daşınmaz əmlak obyektlərinin dövlət ehtiyacları üçün geri alınması ilə bağlı daşınmaz əmlakların kadastr planlarının hazırlanması və onlardan çıxarışların verilməsi ilə əlaqədar geodeziya çöl-ölçmə işlərinin görülməsidir.
Təkliflər sorğusunda iştirak üçün müvafiq sənədləri 2012-ci il 2 aprel saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvana təqdim edilə bilər: Bakı ş., Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (510-cu otaq).
Əlaqə telefonları: (+99412) 510 83 32, faks (+99412) 510 84 63.