Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Hacıqabul, Siyəzən, Yardımlı, Zərdab və Zaqatala şəhərlərinin müfəssəl planlaşdırılması üzrə baş planların tərtibi və layihələrin hazırlanması üzrə işlərin satın alması üçün tender elan edib.
Trend-in məlumatına görə, tender bu şəhərlərdən hər biri üçün beş lotda keçiriləcək. Bu işlər ölkənin dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.
Hər bir lot üzrə tenderdə iştirakın qiyməti 100 manat təşkil edir.
Tender təklifləri Dövlət Komitəsinə 2012-ci il 2 iyul, saat 16:00-dək təqdim olunmalıdır.