...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsabiqə elan edir

Tender müsabiqələri Materials 12 Sentyabr 2018 12:00 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Ələt qəsəbəsində yerləşən Yeni liman kompleksində inşası nəzərdə tutulan “Taxıl terminalı”nın konseptual dizaynının hazırlanması xidmətlərinin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsabiqə elan edir

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Ələt qəsəbəsində yerləşən Yeni liman kompleksində inşası nəzərdə tutulan “Taxıl terminalı”nın konseptual dizaynının hazırlanması xidmətlərinin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 20 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 27 sentyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 28 sentyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti