...

Novruzda İrandan Azərbaycana gələcək turistlərin sayı 30 faizədək azalacaq - SƏBƏB?

Turizm Materials 14 Mart 2018 07:32 (UTC +04:00)
Bu ilki Novruz bayramı günlərində İrandan Azərbaycana gələcək turistlərin sayının təxminən 30 faiz azalacağı gözlənilir.
Novruzda İrandan Azərbaycana gələcək turistlərin sayı 30 faizədək azalacaq - SƏBƏB?

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu ilki Novruz bayramı günlərində İrandan Azərbaycana gələcək turistlərin sayının təxminən 30 faiz azalacağı gözlənilir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, İran iqtisadiyyatında baş verən dəyişikliklər, eyni zamanda martın 20-dən xaricə getmək istəyən İran vətəndaşları üçün verginin məbləğinin yüksəldilməsi ilə əlaqədar İrandan Azərbaycana gələcək turistlərin sayında azalma olacaq:

"Ötən il İran turistlərinin sayı çox olduğundan hotellərdə onlara yer tapılmamışdı. Bu il isə Novruz bayramı günləri üçün hotellərin yerləri müəyyən qədər bronlaşdırılsa da, yerlərin dolma səviyyəsi ötən ilə nisbətən aşağıdır".

Assosiasiya sədri əlavə edib ki, Azərbaycanın turizm bazarında İran turistlərinin hesabına boşalmış yeri digər ölkələrin bazarları - ərəb ölkələri, Hindistan, Qazaxıstan, Özbəkistan və Novruz bayramının qeyd edildiyi digər müsəlman dövlətlərinin vətəndaşları hesabına doldurmağa çalışırlar.

Xatırladaq ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ötən il verdiyi məlumata görə, 2017-ci ildə Novruz bayramı günlərində Azərbaycana İrandan 65 mindən çox turist gəlmişdi.

Qeyd edək ki, İran qanunvericiliyinə uyğun olaraq, bu ölkənin vətəndaşları xarici səyahətlərə gedərkən dövlətə müəyyən qədər vergi ödəyir. Hazırda İrandan başqa ölkəyə təyyarə ilə səfər edənlər 15 dollara, quru nəqliyyatı ilə gedənlər isə 7 dollara yaxın vergi ödəyirlər. Martın 20-dən isə təyyarə ilə gedənlər 45 dollar, quru nəqliyyatı ilə xaricə səfər edənlər isə 15-20 dollar vergi ödəməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti