...

Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır

Turizm Materials 22 İyun 2021 12:48 (UTC +04:00)
Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiyanın "S7 Airlines" aviaşirkəti iyulun 4-dən etibarən Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayacaq.

Trend-in məlumatına görə, uçuşların həftədə bir dəfə bazar günləri Boeing-737 800 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Saratovdan yola düşmə saat 18:00-da, Bakıya gəliş 20:20-də (hər istiqamət üçün yerli vaxtla) planlaşdırılır.

Xatırladaq ki, Rusiya tərəfi iyunun 28-dən etibarən Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən uçuşların sayını artırmağı planlaşdırır.

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti