...

Ceyhan limanından Azərbaycan nefti ilə 2000-ci tanker yüklənilib

Energetika Materials 22 Oktyabr 2012 11:34 (UTC +04:00)
Türkiyənin Ceyhan limanından "BOTAŞ International Limited" (BIL) şirkətinə "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə çatdırılan 2000-ci tanker yüklənilib.
Ceyhan limanından Azərbaycan nefti ilə 2000-ci tanker yüklənilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.İsmayılov/

Türkiyənin Ceyhan limanından "BOTAŞ International Limited" (BIL) şirkətinə "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə çatdırılan 2000-ci tanker yüklənilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BIL-ın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

BIL 2001-ci ildən Türkiyə ərazisində BTC-nin istismarı ilə məşğuldur.

Oktyabrın 22-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən Ceyhan neft terminalında BTC ilə çatdırılan 1,544 milyard barel tankerin yükü boşaldılıb.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz) (payını Hindistanın ONGC şirkətinə satıb, sövdələşmə 2013-cü ilin birinci rübündə başa çatacaq).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti