...

Xəzərin Azərbaycan hissəsində quraşdırılacaq seysmik stansiyaların yeri açıqlanıb

Cəmiyyət Materials 1 Aprel 2011 12:27 (UTC +04:00)
Xəzərin Azərbaycan hissəsində quraşdırılacaq seysmik stansiyaların yeri açıqlanıb.
Xəzərin Azərbaycan hissəsində quraşdırılacaq seysmik stansiyaların yeri açıqlanıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir T.Hacıyev/

Xəzərin Azərbaycan hissəsində quraşdırılacaq seysmik stansiyaların yeri açıqlanıb.

"Ümid", "Günəşli" və "Şahdəniz" yataqlarında seysmik stansiyalar quraşdırılacaq. İlk stansiya "Ümid" yatağında yerləşən platformada quraşdırılacaq", - Trend-in məlumatına görə, cümə günü jurnalistlərə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Yetirmişli qeyd edib ki, Xəzərdə seysmik vəziyyəti öyrənmək üçün dənizdə 10 belə stansiya quraşdırılacaq.

Azərbaycanın quru ərazisində 30 seysmik stansiya var.

Yetirmişli deyib ki, Azərbaycanın quru ərazisində daha 5 stansiya quraşdırılacaq.

"Bununla da Azərbaycanda seysmik monitorinq sistemi yaradılacaq", - Yetirmişli deyib.

Azərbaycan 9 ballıq aktiv seysmik zonada yerləşir.

Xəbər lenti

Xəbər lenti