...

Sabahdan Azərbaycan ərazisində hava şəraiti daha da pisləşəcək

Cəmiyyət Materials 27 Yanvar 2012 12:56 (UTC +04:00)
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin ayın sonunadək davam edəcəyi, havanın şaxtalı keçəcəyi, fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Sabahdan Azərbaycan ərazisində hava şəraiti daha da pisləşəcək

Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir İ.İsabalayeva/

Ölkə ərazisində qeyri-sabit hava şəraitinin ayın sonunadək davam edəcəyi, havanın şaxtalı keçəcəyi, fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, yanvarın 28-i, 29-na keçən gecə bəzi yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti saniyədə 10-15 metr olacaq, 28-də arabir 20-25 metrədək güclənəcək. Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.

Yanvarın 27-si axşam, 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qarın bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir. Çovğun olacağı ehtimalı var.

Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur. Yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək.

Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə və gündüz 1-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq

Azərbaycanın rayonlarında yanvarın 28-də arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv, əsasən dağlıq və dağətəyi rayonlarda güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti