...

Bakıda bağlanmış küçələrdə avtomobillərin hərəkəti bərpa olunub

Cəmiyyət Materials 29 Oktyabr 2012 10:27 (UTC +04:00)
Bakıda keçirilən "City Challenge" yarışları ilə bağlı bağlanmış küçələrdə avtomobillərin hərəkəti bərpa olunub.
Bakıda bağlanmış küçələrdə avtomobillərin hərəkəti bərpa olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda keçirilən "City Challenge" yarışları ilə bağlı bağlanmış küçələrdə avtomobillərin hərəkəti bərpa olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu gündən Azadlıq meydanı, Zorge, Puşkin, Ü.Hacıbəyov, Z.Əliyeva, R.Behbudov küçələri, Azadlıq, Neftçilər prospektləri istiqamətində avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Onun sözlərinə görə, səhər saatlarından həmin istiqamətlərdə qoyulmuş beton maneələrin götürülməsinə başlanılıb. Əsədov yolların bu maneələrdən təmizlənməsinin 3-5 gün çəkəcəyini deyib.

Xatırladaq ki, "City Challenge" yarışlarının keçirilməsi ilə əlaqədar qeyd olunan yollar oktyabrın 24-dən bağlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti