...

Deputat: Prezident İlham Əliyevin NATO sammitində iştirakı ölkəmizin mövqeyini gücləndirir

Nəzər nöqtəsi Materials 8 İyul 2016 16:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Varşavada keçirilən sammitində iştirakı ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir.
Deputat: Prezident İlham Əliyevin NATO sammitində iştirakı ölkəmizin mövqeyini gücləndirir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Varşavada keçirilən sammitində iştirakı ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Fuad Muradov deyib.

Deputat bildirib ki, Prezidentin Varşava sammitində iştirakı onu göstərir ki, Azərbaycanla əməkdaşlıq edən ölkələr və beynəlxalq təşkilatlar bu əməkdaşlıqdan məmnundurlar.

O bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət çoxşaxəlidir və ölkə başçısı təhlükəsizlik məsələlərinə xüsusi önəm verir: "Azərbaycan dövləti NATO ilə əməkdaşlıq çərçivəsində bütün öhdəliklərini həyata keçirir, anti-terror əməliyyatlarına mühüm töhfələr verir. Bu da Azərbaycanın çox etibarlı tərəfdaş olduğunun bariz nümunəsidir".

NATO sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması məsələsinə gəlincə isə, F.Muradov bildirib ki, münaqişənin belə bir yüksək sammitdə müzakirə olunması vacib əhəmiyyət kəsb edir: "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir. Cənab Prezident dəfələrlə bu mövqeni səsləndirib. Bu gün Ermənistanın qeyri-ciddi tərəfdaş olduğunu hamı bilir. Bu sammit çərçivəsində də Azərbaycanın mövqeyi bir daha dünya ictimaiyyətinə çatdırılacaq ki, bu da ölkəmiz üçün vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti