...

Deputat: Bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür

Nəzər nöqtəsi Materials 16 Fevral 2017 10:06 (UTC +04:00)
Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum” beynəlxalq hüquq normalarına zidddir, Ermənistanın təcavüzkar siyasətinin ardıcıl xarakter daşıdığını ifadə edən bir təxribatdır.
Deputat: Bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum” beynəlxalq hüquq normalarına ziddir, Ermənistanın təcavüzkar siyasətinin ardıcıl xarakter daşıdığını ifadə edən təxribatdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət buna qəti etirazını bildirməlidir: “Biz gözləyirik ki, beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar, xüsusən bu problemin sülh yolu ilə həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu qeyri-qanuni “referendum”a qəti etirazlarını bildirsinlər. Əgər bütün bunlar olmasa, biz birmənalı şəkildə qəbul edəcəyik ki, beynəlxalq ictimaiyyət də, Minsk qrupunun həmsədrləri də Ermənistanla artıq açıq şəkildə eyni məqsədə xidmət edirlər və işğal olunmuş torpaqlarımızın Ermənistanın təcavüzü altında saxlanmasında maraqlıdırlar”.

Deputat bildirib ki, bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür: “Azərbaycan ordusu torpaqlarımızı azad etmək üçün hərəkətə keçəndə nə beynəlxalq təşkilatların, nə də Minsk qrupunun həmsədrlərinin Azərbaycana dayan deməsi üçün heç bir mənəvi və hüquqi əsasları olmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti