Bakı. Anaxanım Hidayətova - Trend:
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması digər ölkələr üçün müsbət nümunə ola bilər.
Bunu Trend-ə Rusiya Federal Məclisi Dövlət Dumasının deputatı Oleq Valençuk deyib.
Onun sözlərinə görə bu, xoş xəbərdir, çünki qadın hakimiyyətə gəldiyi yerdə sülh olur. Rusiyalı deputat qeyd edib: “Bu mənim həm insani, həm də deputat mövqeyimdir. Qadın anadır, qadın övladların sağlamlığına görə məsuliyyət daşıyan insandır. Şübhəsiz ki, bu, digər ölkələrə nümunə ola biləcək müsbət addımdır”.