...

Əbülfəs Qarayev turizm bazarındakı qiymətlərdən danışdı

Nəzər nöqtəsi Materials 8 İyun 2017 11:42 (UTC +04:00)
Azərbaycanda turizm bazarında mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır.
Əbülfəs Qarayev turizm bazarındakı qiymətlərdən danışdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm bazarında mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Nazir deyib ki, internetlə bütün rayonlar üzrə qiymətlərin təhlili aparılıb:

"Elə rayonlar, məkanlar var, orada adamları 10-30 manata yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir. Yerləşdirmənin adambaşına qiyməti təxminən 15 manata düşür. Düşünmürəm ki, bu gün kimsə beş manata, yaxud üç manata istirahət edə bilər. Bu, mümkün deyil. Turizm obyektlərində qiymətlərlə bağlı sual hər mövsümdə mənə ünvanlanır. Lakin mənim də sualım var. Siz istəyirsiniz ki, xidmətlər tam pulsuz olsun?”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti