...

Hulusi Akar: Türkiyə Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram

Nəzər nöqtəsi Materials 25 Dekabr 2017 13:16 (UTC +04:00)
Hulusi Akar Sarıqamış hərəkatının 103 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.
Hulusi Akar: Türkiyə Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 103 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımı unutmadıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi".

Qeyd edək ki, gələn il yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 104 illiyi qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti