Nazirlik: DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verəcək

Nazirlik: DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verəcək

Bakı. Trend:

Prezident İlham Əliyevin fərmanı ilə yaradılacaq DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ölkə əhalisinə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin innovativ həllərin tətbiqi şəraitində əsaslı şəkildə yüksəldilməsində növbəti mühüm irəliləyişə yol açır:

"Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır".

ƏƏSMN bildirir ki, 9 avqust 2018-ci il tarixli fərman bu istiqamətdə mühüm innovativ yeniliyə yol açır:

"Fərman DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması vasitəsilə dövlət xidmətlərinin geniş bir spektrinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir.

Fərmana əsasən, yaradılacaq DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin, Agentliyin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin “DOST” mərkəzlərində göstərilmə qaydasının layihəsinin, DOST Agentliyinin və onun strukturuna daxil olan “DOST” mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasının təmin edilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub.

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial sahə ilə bağlı həyata keçirdiyi mühüm fəaliyyətinin növbəti uğurlu davamıdır. Həmçinin ölkədə aparılan sosial siyasətin icrasına, sosial məsələlərin həllinə, xüsusi qayğıya ehtiyac duyan insanların sosial müdafiə və reabilitasiya xidmətləri ilə təminatına, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin müasir innovasiyaların tətbiqi şəraitində tam şəffaf müstəvidə və sosial cəhətdən həssas əhali qruplarına əlçatan səviyyədə qurulmasına daha bir töhfəsidir".

Nazirlik qeyd edir ki, ƏƏSMN pensiya, müavinət və digər sosial təminat növləri, əlillik, əmək və məşğulluq, sosial sığorta münasibətləri və s. məsələlər üzrə 100-dən artıq istiqamətdə ildə orta hesabla 5 milyon şəxsə xidmət göstərir. Nazirliyin xidmət sahələri üzrə ildə təxminən 8 mln. e-müraciət qeydə alınır, 1,1 mln. məktub dövriyyəsi həyata keçirilir, 160 min telefon zəngi (müraciət) cavablandırılır:

"DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə xidmətlər göstəriləcək. Bu xidmətlər bir mərkəzdə (bir binada), bir-birinə inteqrasiya olunmuş şəraitdə, fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, nəzakətli davranışla, vətəndaşlarla açıq iş mühiti şəraitində təqdim olunacaq.

Müraciətlərlə əlaqədar bütün zəruri məlumatlar müvafiq qurumlardan və eləcə də ƏƏSMN-nin bölmələrindən elektron qaydada əldə ediləcək və emal olunacaq. Hesabatlılıq və şəffaflıq təmin ediləcək. Vətəndaşların müvafiq məlumatlara çıxış imkanı artırılacaq. Çevik hesabat vermə və şikayət, monitorinq və qiymətləndirmə mexanizmləri vasitəsilə şəffaflığı və prosesi izləmə imkanlarını təşviq ediləcək.

Əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər əlaqədar sahələrdə inzibati proseslərin və prosedurların sadələşdirilməsinə, göstərilən xidmətlər üzrə vəzifələrin inzibati bölgüsü yenidən təşkil edilməklə, vətəndaşlara xidmət müddətinin və xərclərinin azaldılmasına nail olunacaq. Xidmətlər modernləşdiriləcək, sənəd dövriyyəsinin təkmilləşdirilməsi, prosedurların surətləndirilməsi və bununla səmərəliliyinin artırılması təmin ediləcək.

Mərkəzlərə vətəndaş axını idarə olunacaq, hər bir müraciət edən qarşılanaraq dinləniləcək və üz tutduğu xidmətlərdən sadə prosedurlarla istifadə imkanı əldə edəcək. İnzibatçılığın səmərəli təşkili təmin olunacaq. DOST mərkəzləri yalnız əyani şəkildə müraciət edənlərlə işləməyəcək, vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsini də təmin edəcək.

Beləliklə, DOST mərkəzləri bir pəncərədən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə xidməti kontingentin hər bir üzvünün - əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların və b. DOST-u olduğunu qısa zamanda təsdiq edərək ümumən ictimai məmnunluğun ünvanı olacaq".

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə DOST Agentliyinin fəaliyyətinin təşkili və DOST mərkəzlərinin yaradılması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq ƏƏSMN-ə 2 (iki) milyon manat ayrılıb.

CBC radiosunun Qarabağda yayımı başlayıb
CBC radiosunun Qarabağda yayımı başlayıb
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Loading Bars
Xəbər lenti
Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var
Lavrov bu gün Azərbaycana səfər edəcək
Gədəbəy polisi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Dünyada ötən sutka koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
Türkiyədə koronavirusdan sağalanların sayı 4,7 milyonu ötüb
Türklərlə düşmənçilik yalnız Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətdir - Paşinyan
Şimşək çaxıb, arabir yağış yağıb - Faktiki hava
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq
Hemilton İspaniya Qran Prisinin qalibi olub
Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş Azərbaycanın möhkəm təməlini qoyub - Rob Sobhani
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Suriya sahillərində tanker partlayıb
Bakıda minik avtomobili dəmir maneəyə çırpılıb, ölən var
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazıb
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın davamçıları erməni faşizminin başını əzdi - Könül Nurullayeva
Yarışlardan sonra emosiyalar müsbətdir - Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan komandası
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər - Oleq Kuznetsov
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Gazelli Group şirkəti İkinci Dünya Müharibəsi veteranlarını özünəməxsus şəkildə təbrik edib (FOTO)
Azərbaycanda 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bolqarıstan 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə Dünya Kubokunun qalibi olub
“Suraxanı” gəmi muzeyi 10 may tarixindən vətəndaşların istifadəsinə veriləcək
Ombudsman beynəlxalq təşkilatlara çağırış edib
Bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günündə maraqlı anlar (FOTO)
Bolqarıstan gimnastı Dünya Kubokunda lentlə hərəkətlərdə birinci olub
Faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü Beyləqanda qeyd edilib (FOTO)
Zəngilanda əkilən palıd toxumları cücərməyə başlayıb - Nazirlik (FOTO)
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda daha bir qızıl medal qazandı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Azərbaycan komandası 5 topla hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanıb
Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib (FOTO)
Azərbaycanın Ermənistanla sərhədində daha bir hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
İtaliyalı gimnast Dünya Kubokunda topla hərəkətlərdə qalib gəlib
Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda halqa ilə hərəkətlərdə qızıl medal qazanıb
İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər (FOTO/VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Bütün xəbərlər