...

Deputat: Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələrin həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək

Nəzər nöqtəsi Materials 14 Avqust 2018 09:33 (UTC +04:00)
Deputat: Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələrin həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək
Deputat: Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələrin həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycanın maraqlarını təmin edir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu Konvensiyanın imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə və ümumilikdə təhlükəsizliyin təmin olunmasına xidmət edəcək:

“Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələləri önə çəkir. Bu razılaşmanı tarixi sənəd də adlandırmaq olar. Çünki bu istiqamətdə işlər 25 ildən artıq idi ki, davam edirdi və sonda nəhayət ki, Xəzəryanı dövlətlər razılıq əldə etdilər”.

Deputat bildirib ki, indiyə qədər də Xəzərin hüquqi statusu müəyyən olunmadığı üçün dövlətlər arasında müəyyən ziddiyyətlər yaranırdı: “Lakin tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz edilməsini təmin edir. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək”.

Deputat vurğulayıb ki, Azərbaycan bu razılaşmanın əldə olunması istiqamətində daim fəallıq göstərib. O bildirib ki, Azərbaycan hüquqi statusla bağlı danışıqlar getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafeləri müdafiə edib və digər qonşu ölkələr də xoş məram nümayiş etdirərərək Azərbaycanın milli maraqlarının müdafiəsi qarşısında müəyyən güzəştlərə gediblər.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti