...

Deputat: Prezident İlham Əliyevin birdəfəlik yardımla bağlı sərəncamı aztəminatlı ailələrə qayğının ifadəsi, bir bayram hədiyyəsidir

Nəzər nöqtəsi Materials 21 Dekabr 2018 14:20 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı dövlət başçısının aztəminatlı vətəndaşlara bir bayram hədiyyəsidir. Bunu Trend-ə Milli məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Aztəminatlı ailələrə, şəhid ailələrinə, müharibə veteranlarına mütəmadi olaraq bu cür müavinətlər verilir. Bu, həm bizim milli adət-ənənələrimizə bağlılıqdır, həm də dövlət başçısının aztəminatlı insanlara qayğısının ifadəsidir”.

Deputat vurğulayıb ki, bütövlükdə bu sərəncam Prezident İlham Əliyevin apardığı sosial siyasətin, aztəminatlı insanlara qayğı siyasətinin məntiqi davamıdır:

“Cənab Prezidentin son aylarda bir neçə bu cür fərman və sərəncamları olub. Aztəminatlı insanların, qaçqın və məcburi köçkün ailələrinin, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi və s. ilə bağlı tədbirlər ölkə başçısının sosial siyasətinin davamıdır”.

M.Quliyev bildirib ki, Prezidentin bu sərəncamı birmənalı olaraq vətəndaşlarımız tərəfindən hörmətlə və minnətdarlıqla qarşılanır: “Bu, bütövlükdə Azərbaycan vətəndaşlarının dövlətə bağlılığını, cənab Prezidentin ətrafında sıx birləşməsinin ifadəsidir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında 2018-ci il 19 dekabr tarixli sərəncamı ilə dekabrın 28-nə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti