...

Musa Qasımlı: Struktur islahatları idarəetmə işlərinin təkmilləşdirilməsi, çevik həyata keçirilməsi məqsədini daşıyır

Nəzər nöqtəsi Materials 15 Yanvar 2019 13:32 (UTC +04:00)
Struktur islahatlar idarəetmə işlərinin təkmilləşdirilməsi, çevik həyata keçirilməsi məqsədini daşıyır.
Musa Qasımlı: Struktur islahatları idarəetmə işlərinin təkmilləşdirilməsi, çevik həyata keçirilməsi məqsədini daşıyır

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin büdcədən maliyyələşdirilən bəzi qurumlarda struktur islahatlarına dair növbəti fərmanları ölkəmizdə idarəetmə işlərinin təkmilləşdirilməsi, çevik həyata keçirilməsi, səmərəliliyinin artırılması, yersiz maliyyə xərclərinin qarşısının alınması və vətəndaşların əlçatanlığının təmin edilməsi məqsədini daşıyır. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, ölkəmizin ümumi inkişaf sürətindən geri qalan və ya ona mane olan amillərin islah olunması, müvafiq qurumların islahatlar yolu ilə yeni tələblərə uyğun şəkildə qurulması zərurətdən doğur.

Millət vəkili əlavə edib ki, struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır: "İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur".

M.Qasımlı islahatların digər sahələrdə də davam etdirilməsinin fayda verəcəyinə inanır: "İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı” ölkə imici qazandırmaqla həm də davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib".

Deputatın sözlərinə görə, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir: "Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti