...

Bəhruz Quliyev: Xristian klubu olan Avropa Parlamenti Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasına göz yumur

Nəzər nöqtəsi Materials 28 Yanvar 2019 17:34 (UTC +04:00)
Xristian klubu olan Avropa Parlamenti Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasına göz yumur.
Bəhruz Quliyev: Xristian klubu olan Avropa Parlamenti Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasına göz yumur

Bakı. Samir Əli - Trend:

Erməni qartalları: Vahid Ermənistan Partiyasının sədr müavini olmaqla yanaşı, həm də sayt rəhbəri olan Mqer Yeqiazaryanın ötən ilin dekabrından başlatdığı aclıq aksiyası nəticəsində ölməsi faktı ilk növbədə belə deməyə əsas verir ki, bu gün işğalçı ölkədə hansı siyasi güclərin hakimiyyətdə olmasından asılı olmayaraq, bu ölkədə insan haqları köklü şəkildə pozulmaqda davam edir.

Bu barədə Trend-ə açıqlamasında “Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, sadəcə bu fakt deyil, eləcə də digər məsələlər bəlli insidentlə bağlı bəzi suallar yaradır: “Bir müddət əvvəl bloqer Mehman Hüseynovla bağlı Avropa Parlamentinin siyasi oyunbazlıqlarının şahidi olmuşduq. Belə ki, hətta Mehmanın özünün etiraf edərək heç bir aclıq aksiyası keçirmədiyini deməsindən sonra onun ətrafında siyasi manipulyasiyalar edənlər öz çirkin niyyətlərini reallaşdırmağa çalışdılar. Bu xüsusda, Avropa Parlamentinin çıxardığı qərəzli qətnaməni göstərə bilərik. Lakin nədənsə, Ermənistandakı məlum olayla bağlı – siyasi məhbusun aclıq aksiyası keçirərək bunun nəticəsində həyatını itirməsi ilə bağlı istər Avropa Parlamenti, istərsə də digər beynəlxalq siyasi qurumlar səslərini belə çıxarmırlar. Sanki Ermənistanda belə bir insident yaşanmayıb və s. Halbuki ölən şəxs bilavasitə siyasi partiyanın aparıcı şəxsi, habelə media qurumunun rəhbərliyində təmsil olunan tərəfdir. Nəyə görə Ermənistana qarşı dərhal etirazlar səslənmir, bu ölkədəki insan hüquq və azadlıqlarının pozulmasına qarşı qərarlar, qətnamələr qəbul olunmur? Hansı səbəbdən Nikol Paşinyan iqtidarı qarşısında tələblər irəli sürülmür? Məgər Ermənistanda yaşayan insanlar da dünya ictimaiyyətinin tərkib hissəsi deyil? Hesab edirəm ki, bu fakt həm də digər nüansları ortalığa çıxarır".

Ekspert qeyd edib ki, bu fakt "xristian klubu" deyilən amil üzərində formalaşıb: “Ermənistan, Azərbaycandan fərqli olaraq, xristian ölkəsidir və həmin faktorun özü belə qənaətə gəlməyə zəmin yaradır ki, xristian klubu olan Avropa Parlamenti aşkar etiraf etməsə də, örtülü şəkildə işğalçı ölkədə insan hüquq və azadlıqlarının pozulmasına göz yumur, heç bir reaksiya sərgiləmir. Çünki biz Ermənistanın əvvəlki hakimiyyətləri zamanında da bənzər hadisələrin yaşanması halında Avropa qurumlarının səssizliklərinin dəfələrlə şahidləri olmuşuq. Bu gün monoetniklik, millətçilik və şovinizim üzərində fəaliyyət göstərən erməni hakimiyyətinə qeyd etdiyim faktlara görə “gözün üstündə qaşın var” deyən yoxdur”.

B.Quliyev bildirib ki, hətta buna baxmayaraq, Azərbaycan Parlamenti və siyasətçiləri bəlli hadisə ilə əlaqədar insan hüquq və azadlıqlarının qorunması ilə məşğul olan müvafiq xarici təşkilatlara müraciətlər etməli, məsələnin kökündə hansı maraqların dayandığını tələb kimi irəli sürməlidir:

“Çünki Mehmanın məsələsində erməni tərəfinin aşkar siyasi həyasızlıqlarını gördük və bu həyasızlıqdan doğan amillərdən biri də haqqında bəhs etdiyimiz Avropa Parlamentinin qərəzli, məkrli, lüzumsuz qətnaməsi idi ki, ermənilər həmin qətnamədən öz xeyirləri üçün yararlanmağa çalışdılar. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevn humanist addımı nəticəsində Mehman Hüseynov məsələsi birdəfəlik bağlandıqdan sonra, istər ermənilər, istərsə də daxili düşmənlər ciddi zərbə altında qaldılar. İndi isə həqiqət bizim tərəfimizdədir və dünyaya sübut etməliyik ki, bu gün Ermənistanda insan həyatı bir heçə sayılır, hətta aclıq edənlərin aksiyalarının qarşısının alınması üçün addımlar atılmır. Bu qeyri-insani rəftarlıqlarının təməlində isə “küçə demokratı” Nikol Paşinyanın siyasi mənfəətləri dayanmaqdadır. Artıq onun da ifşası zamanı gəlib və bəlli qurumlar ölüm hadisəsi ilə bağlı dərhal hərəkətə keçməlidirlər. Düşünürəm ki, əgər Avropa təşkilatları yenə də səssiz qalacaqlarsa, onda ikili standartlardan çıxış etdiklərini, aşkar xristian klubu olduqlarını məhz həmin addımları, yəni susqunluqları ilə etiraf etmiş olacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti