...

Azərbaycanlı həkimlərlə əməkdaşlığa hazırıq - İtaliyalı həkim (VİDEO)

Nəzər nöqtəsi Materials 23 İyul 2019 11:13 (UTC +04:00)
Azərbaycanda anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi və əməliyyatı üçün lazım olan hər şey edilir
Azərbaycanlı həkimlərlə əməkdaşlığa hazırıq - İtaliyalı həkim (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Mənim üçün Bakıda olmaq çox xoşdur. Biz ümid edirik ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında vacib saziş çərçivəsində uşaq kardiocərrahiyyəsi sahəsində əməkdaşlığa başlayacağıq. Sevindirici haldır ki, Azərbaycanda anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi və əməliyyatı üçün lazım olan hər şey edilir.

Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə italiyalı həkim-professor Françesko Naccarello deyib.

Professorun sözlərinə görə, Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar yardım sahəsində də uğurlu layihələr həyata keçirilir:

"Vatikanın böyük xəstəxanalarından biri olan və pediatriya, onkologiya, eləcə də kardiologiya və uşaq kardiocərrahiyyəsi sahəsində ixtisaslaşmış "Bambino Cezu" klinikası azərbaycanlı həkimlərlə əməkdaşlığa hazırdır. Yaxın zamanlarda azərbaycanlı ürək cərrahı Rəşad Mahmudovun Roma Universiteti və "Bambino Cezu" klinikasına növbəti səfəri gözlənilir. İtaliyalı kardiocərrahlar da qarşılıqlı olaraq Bakıya səfər edəcək, görüşlər keçirəcəklər. Fikrimcə, uşaq kardiocərrahiyyəsi sahəsində əməkdaşlıq daha da genişləndiriləcək.

Qeyd etmək istərdim ki, son 15 ildə ölkələrimiz arasında belə bir əməkdaşlıq olmayıb. Sevinirəm ki, artıq İtaliya və Azərbaycan arasında səhiyyə üzrə əməkdaşlıq üçün çox gözəl fürsət var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti