20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiyanın Azərbaycana qarşı xəyanətkar siyasəti idi - Aydın Tağıyev

20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiyanın Azərbaycana qarşı xəyanətkar siyasəti idi - Aydın Tağıyev

Bakı. Trend:

Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, hədsiz haqsızlıqlarla qarşılaşıb. Başımıza gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına olsa da öz dövlət müstəqilliyinə qovuşa bildi.

Biz azəribaycanlılara qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 nəfər şəhid olub, 744-ü ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.

Vətən uğurunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır. “Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərmizə təbliğ etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anırlar.

Fransız filosof, “Egzistensializmin” banisi Jan Pol Sartrın “Azad olmaq – özün kimi olmaq deməkdir” ifadəsi tam bu anda yerinə düşür. Azadlıq uğrunda savaş kimi yaddaşlara hopmuş 20 Yanvarın ən böyük dərsi budur ki, hər hansı təhlükə qarşısında xalq öz birlik, azadlıq eşqi üçün canından keçməyə hazır oldu, igid Vətən övladları canları, qanları bahasına gələcək müstəqilliyin təməlini qoydular.

Biz gənclərin üzərinə düşən əsas öhdəlik şəhidlərimizi, qəhrəmanlarımızı daima ehtiramla yad etmək, xalqımıza qarşı törədilən faciələri, soyqrımları unutmamaq və hər zaman Vətən uğrunda canından keçməyə hazır olan bir millətin övladları olduğumuzu dərk etməkdir.

Görkəmli Azərbaycan şairi Abbas Səhhətin “Vətən” şeirində çox gözəl vurğulayıb: Vətənin sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz!
20 Yanvar şəhidləri də məhz bu şeirdə deyildiyi kimi, Vətənini dərin məhəbbətlə sevən əsl vicdanlı insanlar idilər. Buna görə də öz canlarını Vətən, xalqımızın işıqlı gələcəyi uğrunda fəda etdilər.

Bu mənada biz 20 Yanvarı həm də cəsurluq, igidlik, qəhrəmanlıq və milli birlik rəmzinə çevirməli, onu gələcək nəsillərə bu şəkildə təqdim etməyi özümüzə borc bilməliyik.

İstiqlal şairi Xəlil Rza Ulutürk “Azadlıq” adlı şeirində 20 Yanvar şəhidlərinin hansı müqəddəs amal uğrunda canlarını qurban verdiklərini çox ustalıqla qeyd edib.

Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.

Aydın Tağıyev

2020-ci ilin I rübündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib
2020-ci ilin I rübündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib
Sloveniya “Cənub Qaz Dəhlizi”ni Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən element kimi nəzərdən keçirir
Sloveniya “Cənub Qaz Dəhlizi”ni Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən element kimi nəzərdən keçirir
I rübdə Energetika Nazirliyində inzibati xətalarla bağlı 112 işə baxılıb
I rübdə Energetika Nazirliyində inzibati xətalarla bağlı 112 işə baxılıb
Loading Bars
Xəbər lenti
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq?
“Regional İnkişaf” İnkişaf Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır
Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik
XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənib və rədd edilib
Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
Evdə qal və muzeylərə səyahət et
Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək
Azərbaycan Prezidenti: Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik
İspaniyada 19 mindən çox tibb işçişi koronavirusa yoluxub
Azərbaycan Prezidenti: Yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur
Aptekonline.az xidməti artıq 2225 sifarişi uğurla yerinə yetirib və ünvanlara çatdırıb (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycanda bu günə qədər görülmüş bütün qabaqlayıcı tədbirlər öz səmərəsini verdi
Prezident İlham Əliyev: Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır
Prezident İlham Əliyev: Koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq
Rayon xəstəxanalarında həkimlərə koronavirusla bağlı təlimlər keçirilir (FOTO)
Xüsusi karantin rejimində yaşı 65-dən yuxarı şəxslər pensiyalarını belə alacaq
Sosial ödənişlərə görə bankomatlarda əlavə faiz tutulmayacaq
Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! - Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
“Bizim Tarla” 65 yaşdan yuxarı şəxslərə sovqat payladı (FOTO)
Bir sıra ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib - Nazirlik
Putin və Netanyahu koronavirusla mübarizədə birgə səyləri dəstəkləyib
Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur (FOTO)
Qeyr-sabit hava aprelin 9-dək davam edəcək
Bakıda saxta icazə arayışı satan şəxs və “müştəriləri” saxlanıldı (FOTO/VİDEO)
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah
İranın Səhiyyə Nazirliyi: Koronavirus “donuz qripi"ndən daha təhlükəlidir
Vergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDI
“Biz bizə yetərik Türkiyəm” - Milli həmrəylik kampaniyası (VİDEO)
Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq
Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində müraciətçilərin qəbulu məhdudlaşdırılıb
Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)
Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi
Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı
Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib
"Dərs vaxtı"nın aprelin 7-nə olan CƏDVƏLİ müəyyənləşib
İranda daha 136 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər (VİDEO) (FOTO) (YENİLƏNİB)
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
Namiq Abdullayev: Gəlin, həyatımızı riskə atmayaq, bu virusla birgə mübarizə aparaq (VİDEO)
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Təhsil Nazirliyi: “Virtual məktəb” portalında yenidən qeydiyyatdan keçmək mümkündür
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Sabah Bakıda yağış yağacaq
Sumqayıt şəhərində ağaclar bu məqsədlə köçürülüb - AÇIQLAMA (FOTO)
Aynur Məmmədova: Evdə qalmağımız öz taleyimizi, ailəmizi, ərtafımızı və millətimizi qorumaq üçündür (VİDEO)
Azexport.az vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir
Ermənistanda qadın minaya düşdü
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
2020-ci ilin I rübündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib
Unikal limuzin - təyyarə satışa çıxarılıb
ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır
Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq
Yazgül Abdiyeva: Karantin müddətində sakit şəraitdə çox faydalı, yaradıcı işlər görə bilərik
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı
Paslanmaz boru, paslanmaz metal təbəqə və polad təbəqələrin satışı barədə ELAN
Coğrafiya İnstitutu: Havanın soyumasına arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması səbəb olub
YAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb (FOTO/VİDEO)
Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəksiniz
Rusiyada koronavirusa yoluxanların sayı 6 mini keçdi
Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib
Fazil Mustafa: Vətəndaşlar xüsusi karantin rejimini nədənsə məhrumetmə kimi deyil, onların qorunması üçün atılan zəruri addım kimi anlamalıdırlar
Karantin rejimini pozan 6 nəfər həbs edilib
Yaponiyanın bəzi şəhərlərində fövqəladə vəziyyət 6 ay davam edə bilər
Bakı polisi: İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür (FOTO)
Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsi yenidən qurulur (FOTO)
Sosial şəbəkələrdə virus kimi şayiələr yayanların məqsədi nədir? - "Politşou" təqdim edir (Videolayihə)
Məlahət İbrahimqızı: Bu mübarizədə təkcə dövlətin gücü yetərli deyil, vətəndaşların dəstəyi olmasa, daha çox itki verə bilərik
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
“Apple” qoruyucu maskalar istehsal edəcək
Peşə təhsili üzrə teledərsin CƏDVƏLİ açıqlanıb
Bərdədə kənd bələdiyyəsi iydə ağaclarının kəsilməsinə görə cərimələndi
"Azəriqaz" müştəri xidmətlərinin iş rejimini açıqladı
Sloveniya “Cənub Qaz Dəhlizi”ni Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən element kimi nəzərdən keçirir
Ağcabədidə dəhşət: 2 qardaşın üzərinə benzin töküb yandırdılar
Şəmistan Əlizamanlı: Biz karantin qaydalarına riayət etməklə həm özümüzü və yaxınlarımızı, həm də Vətənimizi bu virusdan qoruya bilərik
Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi
I rübdə Energetika Nazirliyində inzibati xətalarla bağlı 112 işə baxılıb
Koronavirusa qarşı mübarizədə immun sistemini necə gücləndirək?
Tovuzda mağazaya oğurluğa girən 28 yaşlı gənc qətlə yetirildi
Xızıda karantin rejimini pozduğuna görə 15 nəfər məsuliyyətə cəlb olunub (FOTO)
Bakıda bankomatdan pul çıxaran qadın qarət edildi
Ağsuda silsilə oğurluqlar edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş katibi ölkələri pandemiya zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı tədbirlər görməyə çağırıb
Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib (FOTO)
Sumqayıtda 3 ev yanıb
8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualların cavabları
Aprelin 6-da xarici valyutaların manata qarşı məzənnələri
Atəşkəs iriçaplı pulemyotlarla 24 dəfə pozulub
Hindistanda koronavirus qurbanlarının sayı 100-ü keçib
Maykl Ceksonun ağ əlcəyi hərracda satıldı
Həbib Nurməhəmmədov UFC turnirində iştirak etməyəcək
Bütün xəbərlər