Azərbaycan, Bakı, 7 yanvar /Trend/
Cümə günü Bakı Biznes Mərkəzində "Eurovision-2012" ilə bağlı Azərbaycanın tanıtım video çarxlarının çəkilişləri üçün keçirilən seçimlərdə (kastinq) müxtəlif yaş kateqoriyasına aid 387 nəfər iştirak edib. Bu barədə Trend İctimai Televiziyanın rəsmi saytına istinadən xəbər verir.
Seçimə səhər saat 10-da start verilib və iş fasilə olmadan davam etdirilib. Qatılan hər iştirakçının "Eurovision Song Contest Bakı-2012" yazılmış plakatın qarşısında fotoları çəkilib. Seçimin nəticələri əsasında iştirakçılar ikinci mərhələyə dəvət olunacaqlar.
"Eurovision Mahnı Müsabiqəsi-2012" ilə bağlı Azərbaycanın tanıtım video çarxlarının çəkilişləri üçün keçirilən seçimlərdə (kastinq) iştirak edən vətəndaşlar xoş düşüncələrini İşçi Qrupuna ifadə ediblər və kastinqin yüksək səviyyədə təşkilindən razılıqlarını dilə gətiriblər.
Gün ərzində Bakı Biznes Mərkəzinin qarşısı çoxlu sayda insanla dolu olub. Bu hal da Azərbaycan əhalisinin bu müsabiqəyə verdiyi yüksək dəyərdən xəbər verir.
Azərbaycanda bu cür kütləvi seçim ilk dəfədir keçirilir. Məqsəd tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və "Eurovision" Mahnı Müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır. Seçimlər 10 saat ərzində həyata keçirilib.
“Eurovision-2012” ilə bağlı promo-videoların çəkilişləri üçün keçirilən seçimlərdə 387 nəfər iştirak edib
Bu gün Bakı Biznes Mərkəzində “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə bağlı Azərbaycanın tanıtım video çarxlarının çəkilişləri üçün keçirilən seçimlərdə (kastinq) müxtəlif yaş kateqoriyasına aid 387 nəfər iştirak edib. Bu barədə Trend İctimai Televiziyanın rəsmi saytına istinadən xəbər verir.
