...

Belarusun "Eurovision 2012"-də nümayəndə heyətinin rəhbəri: Bakıda yaradılanı yalnız möcüzə adlandırmaq olar! (MÜSAHİBƏ) (FOTO)

Eurovision-2012 Materials 21 May 2012 16:20 (UTC +04:00)
Belarusun "Eurovision 2012" mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri, xalq artisti Aleksandr Tixonoviçin Trend-ə müsahibəsini təqdim edirik. Tixonoviç 1970-1980-ci illərdə "Verası" və "Şastlivıy sluçay"ın tərkibində çoxsaylı ümumittifaq və beynəlxalq müsabiqələrin laureatı olub.
Belarusun "Eurovision 2012"-də nümayəndə heyətinin rəhbəri: Bakıda yaradılanı yalnız möcüzə adlandırmaq olar! (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/

Belarusun "Eurovision 2012" mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri, xalq artisti Aleksandr Tixonoviçin Trend-ə müsahibəsini təqdim edirik. Tixonoviç 1970-1980-ci illərdə "Verası" və "Şastlivıy sluçay"ın tərkibində çoxsaylı ümumittifaq və beynəlxalq müsabiqələrin laureatı olub.

- Bakıya xoş gəlmisiniz, Aleksandr Qriqoryeviç.

- Çox sağ olun. Mənə çox xoşdur ki, həyat mənə gözəl ölkənizdə keçirilən "Eurovision 2012" müsabiqəsində Belarus nümayəndə heyətinin tərkibində iştirak emək imkanı verib. Bu, ikiqat xoşdur. Çünki cəmi 4 il ərzində Azərbaycan nəhəng sıçrayış edib və nüfuzlu "Eurovision" mahnı müsabiqəsinin qalibi olub. Bu əladır!

90-cı illərdən sonra Bakıda olmamışam və yenidən buraya qayıdanda şəhər məni çox heyrətləndirdi. Bakıda qədim arxitektura və müasir tikinti gözəl ahəng təşkil edir. Bu ilin əvvəlindən iki dəfə Bakıya gəlmişəm və şəhərin göz önündə necə dəyişdiyinə valeh olmuşam: iri tikinti işləri aparılır, parklar və küçələr gözəlləşir, "Bakı Kristal Zalı" ucaldılır. Ən əsası isə, illərin ötməsinə baxmayaraq, dəyişməyən və mehriban, istiqanlı, səmimi və qonaqpərvər qalan insanlardır.

- Populyar "Verası" və "Şastlivıy sluçay"ın heyətində Bakıya səfərinizi necə xatırlayırsınız?

- Həmin illər Bakıya tez-tez gəlirdim və tamaşaçıların necə isti qarşıladıqlarını, burada 1 May "Oqonyok" çəkdiyimizi, Müslüm Maqomayevlə görüşümü, Polad Bülbüloğlu və "Qaya" qrupunun solistləri ilə dostluq etdiyimi, Bakı cazına heyran qaldığımı yaxşı xatırlayıram.

- "Eurovision"da təşkilati işlər necədir?

- Mən "Eurovision"da birinci dəfədir iştirak edirəm və qeyd etmək istərdim ki, hər şey yüksək səviyyədə təşkil edilib. Biri var bina, konsert meydançası tikmək, texnika ilə təmin etmək, biri də var ki, hər şeyin dəqiq qurulması və saat mexanizmi kimi hərəkət etməsi üçün öz işinin peşəkarlarını tapmaqdır. Bakıda yaradılanı yalnız möcüzə adlandırmaq olar!

- Bu il Belarusun "Eurovision" milli seçim turunun ("Avrofest") finalında yalnız "Litesound"a uduzan həmyerlimiz Günəş Abbasova iştirak edib. Siz Belarusun milli "Avrofest" müsabiqəsinin rəhbəri olmusunuz.

- Günəş gözəl ifaçıdır və peşəkarlığı yüksək səviyyədədir. O, Belarus estradasının bəzəyidir, bütün bakılılar və azərbaycanlılar kimi çox mehriban və savadlı insandır. Mənə çox xoşdur ki, ölkəmizdə özünü Belarus azərbaycanlısı adlandıran belə insan yaşayır. O, Belarusda Azərbaycan çiçəyi, kristalı, almazıdır.

- Belarus hələlik "Eurovision"a ev sahibliyi etməyib.

- Lakin 2010-cu ildə uşaqlar arasında keçirilən "Eurovision"a ev sahibliyi edib.

- Yeri gəlmişkən, aparıcı həmçinin azərbaycanlı Leyla İsmayılova olub.

- O da çox yaxşı qızdır. Görürsünüz, bizim necə isti və möhkəm əlaqələrimiz var və bizdə nə qədər istedadlı azərbaycanlı yaşayır. Mənə çox xoşdur.

- Necə deyərlər, "Eurovision"u Minskə gətirməyin vaxtı deyilmi?

- Belarus "Eurovision"u qəbul etməyə hazırdır. Çox istərdim ki, "Eurovision" Belarusda keçirilsin. Çünki bu gözəl müsabiqəyə illərimi vermişəm. Ümid edirəm ki, bu baş verəcək və Belarus "Eurovision"a ev sahibliyi edəcək.

Xəbər lenti

Xəbər lenti