Azərbaycan, Bakı, 22 may /Trend, müxbir V.Javoronkova/
Kiprin "Eurovision 2012" təmsilçisi İvi Adamu Bakıda olmaqdan xoşbəxtdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Adamu müsabiqənin birinci yarımfinal çıxışından öncə jurnalistlərə bildirib.
"Bu ana görə xoşbəxtik, bu il müsabiqədə çoxlu yaxşı mahnılar var və həqiqətən hər ölkəyə uğur arzulamaq istəyirəm", - Adamu deyib.
Kipri "Eurovision 2012" müsabiqəsində "La La Love" ("La-la, sevgi") mahnısı ilə İvi Adamu təmsil edir.