...

Niderlandın "Eurovision 2012" təmsilçisi favoritini açıqlayıb

Eurovision-2012 Materials 22 May 2012 23:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir A.Bədəlova/

Niderlandın "Eurovision 2012" təmsilçisi Joan Franka müsabiqədə favoritinin İrlandiyanın "Jedward" dueti olduğunu açıqlayıb.

"Jedward"ın finala çıxmaq üçün yaxşı şansları var", - Trend-in məlumatına görə, bunu Franka deyib.

Onun sözlərinə görə, onların bütün dünyada çoxsaylı pərəstişkarları var.

Öz şanslarından danışan Franka qeyd edib ki, qələbəyə ümid edir, lakin heç kəs buna tam əmin ola bilməz.

Franka Niderlandı "Eurovision 2012" müsabiqəsində "You and Me" ("Sən və mən") mahnısı ilə təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti